24 iyun 2014 16:29
Subaşiç Bucaspora keçir
Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiç karyerasını Türkiyənin "Bucaspor" klubunda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, sözügedən klubun rəsmiləri hazırda bu futbolçu ilə danışıqlar aparırlar.
32 yaşlı futbolçu bu komandada çıxış etməyin əleyhinə deyil. Tərəflərin tezliklə müqavilə imzalaması gözlənilir.
Qeyd edək ki, Subaşiç son mövsümü PTT 1-ci Liqanın digər təmsilçisi "Orduspor"da keçirib və 32 oyuna 8 qol vurub.
