24 iyun 2014 16:06
İnterin rəqibi aparıcı üzvü ilə yollarını ayırdı
Moldovanın "Tiraspol" klubu aparıcı futbolçularından biri ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, söhbət Çarlz Nevuçedən gedir.
Nigeriyalı futbolçunun klubla müqaviləsi bu yay başa çatıb. Lakin tərəflərin yeni müqavilə ilə bağlı danışıqları uğursuz alınıb.
Qeyd edək ki, "Tiraspol" Avropa Liqasının birinci təsnifat mərhələsində Bakı "İner"i ilə qarşılaşacaq.
