24 iyun 2014 13:54

Vallettanın prezidenti: Azarkeşlərimizin də dəstəyi ilə Qarabağı keçəcəyik

Maltanın "Valletta" klubunun prezidenti Viktor Şirixanın azerisport.az saytına müsahibəsi

- Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibiniz "Qarabağ"dı. Püşkdən razı qaldınız?
- Ağlıma ilk gələn Azərbaycana səfərin necə keçəcəyidi. Bakı gözəl şəhərdi. Amma ora gedib çıxmaq heç də asan deyil. Bizim bəxtimiz gətirdi ki, ilk oyun evdə olacaq. Deməli, cavab oyununa qədər hələ vaxtımız olacaq.

- Bu, sizin üçün problemdi ki?
- Özü də necə! Azərbaycan Malta üçün kifayət qədər uzaq ölkədi. Çətin və yorucu olacaq. Amma nə etmək olar, püşkatma artıq keçirilib. Onu dəyişmək olmaz.

- Bəs rəqib barədə nə deyə bilərsiz?
- "Qarabağ" barədə heç nə bilmirəm. Qətiyyən! Heç Azərbaycan futbolundan da xəbərimiz yoxdu. Avropa futbolundan soruşun, bu barədə danışa bilərəm.

- Ötən il Azərbaycanın "Xəzər Lənkəran" klubu Malta "Slima Uonderers"i ilə qarşılaşmışdı və mərhələ adlamışdı (1:1, 1:0)...
- Həmin oyuna baxmamışdım. Amma bilirəm ki, "Slima Uonderers" həmin oyunlardan məğlub ayrılmışdı. Halbuki, hesab çox sürüşkən idi.

- Favorit hansı komandadı?
- Bunu deyə bilmərəm. Çünki rəqib komandadakı futbolçuların hansı səviyyədə olduğunu bilmirəm. Orada necə futbolçular oynayır, nə dərəcədə güclüdülər, xəbərsizəm. Amma ümid edir və inanıram ki, mərhələni məhz biz keçəcəyik.

- Öz komandanız barədə nə deyə bilərsiz?
- Malta yığmasının üzvlərindən ibarət layiqli heyətimiz var.

- "Xəzər Lənkəran"ın "Slima Uonderers"lə səfər oyununda yerli azarkeşlər demək olar ki, yox idi. Bəs sizin klubda bu baxımdan vəziyyət necədi?
- Ölkənin ən fəal azarkeşləri bizim komandadadı. "Qarabağ"ın azarkeş baxımından vəziyyəti necədi, bilmirəm, amma bizim oyunlara azı 5 min azarkeş gəlir. Fan-klubumuz komandanı çox səs-küylü dəstəkləyir. Əminəm ki, "Qarabağ"ı bu baxımdan isti qarşılaya biləcəyk. Fikrimcə, azarkeşlərimizin də köməyi ilə Azərbaycan klubuna keçə biləcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.