24 iyun 2014 13:35
Aleksandr Əliyev Bakıdan qayıdıb, içkiyə qurşanıb
Kiyev "Dinamo"sunun və Ukrayna yığmasının sabiq yarımmüdafiəçisi Aleksandr Əliyev Azərbaycan klubuna keçə bilərmiş. Azerisport.az xəbər verir ki, son klubu Rusiya "Anji"si olan və hazırda azad agent statusu daşıyan futbolçu hətta adı açıqlanmayan komandalarımızdan birinin düşərgəsində təlim-məşq toplanışında da olub.
29 yaşlı futbolçu bunun üçün iyulun əvvəllərində Bakıya gəlibmiş. Amma tərəflər son anda razılığa gələ bilməyiblər və müqavilə imzalanmayıb.
Bu, Əliyevə o qədər pis təsir edib ki, ötən həftənin sonunda Kiyevə qayıdan kimi gecə klublarının birində sərxoş olana qədər içki qəbul edib. Gəzən söhbətlərə görə, Əliyevi gecə klubundan təhlükəsizlik xidmətinin işçiləri çətinliklə uzaqlaşdıra biliblər.
