24 iyun 2014 13:15
Rəvan hazırlıqlara start verdi
"Rəvan” 2014/2015 mövsümünün hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, 1-ci divizionda mübarizə aparacaq "aslanlar”ın təlim-məşq toplanışının ilk mərhələsi seleksiya xarakterli olacaq.
Dünən "Bayıl Arena”da reallaşan ilk məşqdə 24 futbolçu iştirak edib ki, onlardan 9 nəfəri baxışa gələnlər olub. Məşqçilər korpusu seçimləri qarşıdakı günlərdə də davam etdirəcəklər.
Komandanın iyulun 5-də AZAL, 12-də isə "Sumqayıt”la yoxlama oyunu nəzərdə tutulub. Yeni futbolçularla bağlı məhz bu qarşılaşmalardan sonra qərar veriləcək. (klub saytı)
