23 iyun 2014 12:56
Azərbaycan millisi İtaliya ilə Siciliyada qarşılaşacaq
Azərbaycan milli komandasının AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya yığması ilə keçirəcəyi oyunun stadionu müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu il oktyabrın 10-də keçiriləcək İtaliya - Azərbaycan oyunu Palermo şəhərindəki "Comunale Renzo Barbera" stadionunda təşkil olunacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Qeyd edək ki, sözügedən stadion 37 min azarkeş tutumuna malikdi. Yerli "Palermo" klubu ev oyunlarını məhz bu arenada keçirir.
