23 iyun 2014 15:21
Qarabağ Malta klubu ilə qarşılaşası oldu
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının birinci və ikinci təsnifat mərhələsinin püşkatma mərasimi baş tutub. Azerisport.az xəbər verir ki, ölkəmizi mötəbər turnirdə təmsil edəcək "Qarabağ"ın da rəqibi müəyyənləşib.
Son ölkə çempionu "Qarabağ"ın altı potensial rəqibi bunlar idi: Stromsqodset (Norverç), Jalgiris (Litva), Sent Patriks (İrlandiya), Valletta (Malta), Düdelanj (Lüksemburq), Rabotniçki (Makedoniya).
Ağdam klubu Malta "Valletta"sıyla qarşılaşmalı olacaq.
Qeyd edək ki, ÇL-in birinci təsnifat mərhələsinin ilk oyunları iyulun 1-2-də, cavab matçları isə 8-9 iyul tarixlərində baş tutacaq. İkinci təsnifat mərhələsinin ilk oyunları 15-16 iyul, cavab oyunları isə 22-23 iyul tarixlərində keçiriləcək.
