Azərbaycan çempionatında Brazukadan istifadə olunacaq
Yeni futbol mövsümündən Azərbaycan çempionatında və kubok matçlarında yeni topdan istifadə olunacaq. Azerisport.az xəbər verir ki, bu Braziliyada keçirilən dünya çempionatında istifadə olunan brazuka toplarıdı.
Peşəkar Futbol Liqası artıq müzakirələri başa vurub və brazukadan istifadə olunacağını təsdiqləyib. PFL tərəfindən sifariş edilən brazuka topları bir neçə gün əvvəl Bakıya gətirilib. Gələn ay həmin topların premyer liqa iştirakçılarına veriləcəyi gözlənilir.
Qeyd edək ki, mundial üçün hazırlanan Brazuca adlı top Braziliyanın mədəniyyətini anlatmaq üçün rəngarəng düzəldilib. Topda əsas yaşıl, mavi və qırmızı rənglər üstünlük təşkil edir. Topun pərakəndə satış qiyməti 160 dollardır. Böyük qismi Pakistanda istehsal edilir. Pakistan FIFA siyahısında 159-cu olsa da, 20 ilə yaxındı ki, dünyanın ən böyük top istehsalçılarındandır. İstehsalla məşğul olanların orta əmək haqqı 100 dollardı.
Bir topun hazırllanması üçün 40 dəqiqiə lazımdır. Emalatxanalarda saatda 100 top hazırlanır. Bu topların çəkisi 437 qram, diametri isə 69 sm-dir. Çempionatın əsas aksesuarını hazırlayanların 90 faizi qadınlardı.
