23 iyun 2014 00:23
AZAL hazırlıqlara başlayır
AZAL yeni mövsümün hazırlıqlarına start verir. Azerisport.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov bu gün komanda üzvlərini bir araya gətirəcək.
"Təyyarəçilər" bu gündən etibarən iyulun 16-dək Bakıda hazırlıq keçəcək. Ondan sonra isə bakılılar 12 günlük Türkiyə toplanışına yollanacaqlar.
Paytaxt təmsilçisi toplanış dövründə heyətinə əlavə futbolçular da qatmağı planlaşdırır. Əldə etdiyimiz məlumata görə, komandaya 5 yeni legioner qatılacaq.
