23 iyun 2014 00:12
İnter macarları slovaklarla əvəzlədi
"İnter" Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün yoxlama oyunu keçirməli idi. Azerisport.az xəbər verir ki, komandamızın rəqibi Macarıstanın "Haladaş" klubu olacaqdı.
Lakin macarlar bu oyundan imtina ediblər. Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, "İnter"in növbəti sınaq matçındakı rəqibi Trnava "Spartak"ı (Slovakiya) olacaq. Ancaq bu qarşılaşma bu gün yox, iyunun 25-də keçiriləcək.
"İnter" bundan öncə yerli "Buxşaxen" (5:0) və "Şturm"la (3:2) qarşılaşmışdı.
