24 iyun 2014 00:12
Sadıq Sadıqov Neftçinin düşərgəsində
“Neftçi”nin prezidenti Sadıq Sadıqov Türkiyənin Bolu şəhərində hazırlığını davam etdirən komandanın düşərgəsinə gəlib. Azerisport.az xəbər verir ki, klub prezidenti komandanın hazırlığı və təlim-məşq toplanışının gedişatı ilə yaxından tanış olub.
Məşqçilər heyəti və futbolçularla görüşən Sadıq Sadıqov onlara öz tövsiyyələrini verib və Avropa Liqasına hazırlıq prosesində uğurlar arzulayıb. (klub saytı)
