23 iyun 2014 11:16
Xəzər Lənkəranın məşqçilər korpusunda dəyişiklik
“Xəzər Lənkəran”ın məşqçilər korpusunda dəyişiklik baş verib. Azerisport.az klub saytına istinadən xəbər verir ki, yeni vəzifə bölgüsünə əsasən, qapıçılar üzrə məşqçi vəzifəsində çalışan Hafiz Əliyev növbəti mövsümdən U-19 komandasının baş məşqçisi olacaq.
Məşqçi Emin Quliyev isə U-19 komandasında baş məşqçinin köməkçisi vəzifəsinə təyin edilib.
Ötən mövsüm U-19 komandasının baş məşqçisi olmuş Məhərrəm Bağırzadə isə akademiyada fəaliyyətini davam etdirəcək.
Əsas komandanın məşqçilər korpusunda edilən təyinatlar barədə yaxın zamanda xəbər veriləcək.
