23 iyun 2014 20:05
AZAL-dan növbəti qələbə
AZAL-ın əvəzedicilərdən ibarət komandası yeni mövsümün hazırlıqları çərçivəsində seleksiya xarakterli toplanışı davam etdirir. Azerisport.az xəbər verir ki, Mehman Babayevin rəhbərlik etdiyi komanda artıq ikinci yoxlama görüşünü keçirib.
Bir neçə gün öncə “Vətən”i 4:0 hesabı ilə darmadağın edən əvəzedicilər bu dəfə U-19 komandası ilə qarşılaşıb. Görüş əvəzedicilərin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. (klub saytı)
