23 iyun 2014 20:00

Rəvanda klubdaxili iclas keçirildi: hədəf elitaya çıxmaqdı!

2014/15 mövsümündə 1-ci divizionda mübarizə aparacaq "Rəvan”da klubdaxili toplantı keçirilib. Azerisport.az xəbər verir ki, iclasda klubun İdarə Heyətinin üzvü İlqar Axundov, idman direktoru Füzuli Əliyev, məşqçilər korpusunda yer alan şəxslər və texniki heyətin üzvləri iştirak ediblər.

Yığıncağı giriş sözü ilə açan F.Əliyev növbəti mövsümə hazırlıq planını açıqlamaqla yanaşı, komandanın qarşısına elitaya vəsiqə qazanmaq tapşırığı qoyulduğunu bir daha diqqətə çatdırıb.

Toplantıda komanda üzvlərinin hər birinə ayrılıqda söz verilərək, cavabdeh olduqları sahə ilə bağlı rəy və təklifləri dinlənilib.

İ.Axundov "Rəvan”nın yeni mövsümdə qarşıya qoyulan tapşırığın öhdəsindən gəlməsi üçün klub rəhbərliyi tərəfindən hər cür şəraitin yaradıldığını qeyd etməklə yanaşı, hər hansı çatışmazlığın da dərhal aradan qaldırılacağını ifadə edib.

Sonda komandanın baş məşqçisi R.Əliyev məşqçilər korpusuna göstərilən etimada görə klub rəhbərliyinə təşəkkürünü bildirib və "Rəvan”nın Premyer Liqaya vəsiqə qazanması üçün əllərindən gələni edəcəklərini söyləyib.

Qeyd edək ki, "Rəvan” FK yeni mövsümün hazırlığına bu gün başlayıb. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.