İnterin məşqində tanınmış sima
"İnter"in Avstriyanın Lutzmannsburq qəsəbəsindəki təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, bu səhər komanda növbəti məşqinə çıxıb.
Səhər məşqi saat 10.30-da baş tutub və təxminən 1 saat 30 dəqiqə davam edib. Qaçış və isnimə hərəkətlərdən sonra futbolçular şərti komandalara bölünərək futbol oynayıblar.
Məşq prosesinin gedişini “İnter”in keçmiş futbolçusu Bronislav Çervenka da izləyib. Bronislav komandanın üzvlərilə görüşüb, klub prezidenti Georgi Nikolov, eləcə də baş məşqçi Kaxaber Sxadadze ilə söhbət edib.
Qeyd edək ki, Bronislav Çervenka “İnter”in heyətində 2007-ci ildən 2012-ci ilədək çıxış edib.
Sonda onu da əlavə edək ki, bu günə planlaşdırılan “İnter” - “Haladaş” matçı Macarıstan tərəfinin çox qeyri-peşəkar davranaraq oyuna bir gün qalmış imtina etməsi səbəbindən baş tutmayıb.
