Bakının hazırlıq planı bəlli oldu
“Bakı” sabah növbəti mövsümün hazırlıqlarına başlayacaq. Azerisport.az xəbər verir ki, əvvəlcə “Bakı” Futbol Akademiyasının yetirmələri tibbi testdən keçəcək.
Yekun nəticələri tərtib edən fiziki hazırlıq üzrə məşqçi David Ulloa isə testin göstəricilərini baş məşqçi Milinko Pantiçə təqdim edəcək. İyunun 28-də isə komanda tam tərkiblə bir araya gələrək növbəti mövsümün hazırlığına start verəcək. İyunun 30-da isə “Bakı” hazırlığın əsas mərhələsini keçmək üçün Avstriyaya yola düşəcək.
Onu da qeyd edək ki, əvvəlcə komandanın iyunun 25-də bir araya gələcəyi planlanırdı. Ancaq dünya çempionatı və avrokubok oyunları ilə əlaqədar Premyer Liqanın startı avqustun 2-nə yox, 9-na təsadüf etdiyindən “Bakı” hazırlığa bir qədər gec start verəcək. (klub saytı)
