23 iyun 2014 19:40
AZAL 4 yoxlama oyunu keçirəcək
Yeni mövsüm hazırlıqlarının ilk 2 mərhələsini Bakıda keçirəcək AZAL iyulun ortalarına qədər davam edəcək bu dövrdə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Azerisport.az xəbər verir ki, iyunun 28-də Azərbaycanın tələbə yığma komandası ilə qarşılaşacaq "təyyarəçilər" iyulun 5-də “Rəvan”, 10-da isə “Neftçala” ilə sınaq oyununa çıxacaq.
Hər 3 oyun “AZAL Arena”da keçiriləcək. İyulun 13-nə planlaşdırılan qarşılaşmadakı rəqib isə hələ dəqiqləşməyib. (klub saytı)
