23 iyun 2014 19:35
AZAL da yeni mövsümün hazırlığına start verdi
AZAL yeni mövsümə hazırlığa rəsmən start verib. Azerisport.az xəbər verir ki, "təyyarəçilər" bu gün “AZAL Arena”da keçirilən və təxminən 2 saat davam edən səhər məşqi ilə 2014/15 mövsümünün hazırlıqlarına başlayıb.
Məşqdə komandanın bütün üzvləri - həm yerlilər, həm də legionerlər iştirak edib. Yalnız Con Oluremi icazəli olduğundan hazırlığın ilk günündə çalışmayıb. O, bu gün Bakıya gələcək və sabahdan məşqlərə qoşulacaq. (klub saytı)
