23 iyun 2014 19:25
Elfsborqun rəsmisi: Bilmirəm, İnteri keçə bilərik, ya yox
İsveçin "Elfsborq" klubunun direktoru Stefan Andreasson Avropa Liqasının ikinci təsnifat mərhələsindəki potensial rəqibləri olan "İnter" (Azərbaycan) - "Tiraspol" (Moldova) cütü ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Favoritin hansı komanda olduğunu deyə bilmərəm. Bizim rəqibimizin kim olacağını bu komandalar arasındakı iki oyun göstərəcək. Bizə "İnter" rəqib olacağı halda onları keçib-keçməyəcəyimizi isə bilmirəm".
