Qarabağ üçüncü təsnifat mərhələsində hansı klublarla qarşılaşacaq?
Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri də bəllidi. Azerisport.az xəbər verir ki, komandamız ikinci təsnifat mərhələsində Malta "Valletta"sını keçsə, növbəti mərhələnin püşkatması zamanı adları aşağıda göstərilən komandalardan biri ilə qarşılaşmalı olacaq:
APOEL (Kipr), Zalsburq (Avstriya), eləcə də Stromsqodset (Norveç) - Styaua (Rumıniya), BATE (Belarus) - Skenderbeu (Albaniya), Sparta (Çexiya) - La Fiorita (San Marino)/Levadiya (Estoniya), Ludoqorets (Bolqarıstan) - Düdelanj (Lüksemburq), Makkabi (Təl-Əviv, İsrail) - Santa-Koloma (Andorra)/Banants (Ermənistan), Şerif (Moldova) - Sutyeska (Monteneqro) cütlərinin qalibləri.
Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin püşkatması iyulun 18-də Nyonda keçiriləcək.
