23 iyun 2014 18:46
"Əminəm ki, Qəbələni keçəcəyik"
Bosniyanın "Şiroki Briyeq" klubunun hücumçusu Kresimir Kordiç Avropa Liqasının ilk təsnifat mərhələsində qarşılaşacaqları Azərbaycanın "Qəbələ" komandası barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Püşk bizim üçün uğurlu oldu. "Qəbələ" ilə maraqlanmışam, internetdə bəzi məlumatlara baxmışam. Rəqibimiz avrokubokların debütantıdı. Bizim güclü heyətimiz var. Hədəfimiz yalnız bir mərhələ keçməkdən ibarət deyil. Əminəm ki, "Qəbələ"ni keçəcəyik. Bu komandanın bizə ciddi çətinlik yaradacağına inanmıram. İlk oyunu harada keçirməyimizin önəmi yoxdu. Qol vurmağı bacarıram. "Qəbələ" ilə oyunlarda da qol vurmağa çalışacam".
