23 iyun 2014 18:25
Qəbələ Çexiyaya klubuna rəqib olacaq
Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Qəbələ" ilk mərhələdə "Şiroki Briyeq"lə üz-üzə gələcək. Azerisport.az xəbər verir ki, avrokuboklarda debüt oyununa çıxacaq "Qəbələ" Bosniya təmsilçisinə qarşı mübarizədən qalib ayrılacağı halda, Çexiya klubuna rəqib olacaq.
"Qırmızı-qaralar"ın ikinci təsnifat mərhələsindəki rəqibi "Mlada Boleslav" olacaq.
Qeyd edək ki, ikinci təsnifat mərhələsinin ilk oyunları iyulun 17-də, cavab görüşləri ayın 24-də keçiriləcək. "Qəbələ" "Şiroki Briyeq"i keçsə, ilk matçını səfərdə, cavab qarşılaşmasını isə evdə keçirəcək.
