23 iyun 2014 18:20
İnter növbəti mərhələdə İsveç klubu ilə qarşılaşa bilər
Ölkəmizi Avropa Liqasında təmsil edəcək "İnter" ilk mərhələdə Moldova "Tiraspol"u ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, püşkatmaya əsasən Bakı klubu İsveç təmsilçisi ilə də qarşılaşa bilər.
Belə ki, "Elfsborq" ikinci təsnifat mərhələsində "Tiraspol" və "İnter" komandalarının qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, ikinci təsnifat mərhələsinin ilk oyunları iyulun 17-də, cavab görüşləri ayın 24-də keçiriləcək. "İnter" "Tiraspol"u keçsə, ilk matçını səfərdə, cavab qarşılaşmasını isə evdə keçirəcək.
