23 iyun 2014 18:03
Georgi Boqyu: Tiraspol İnterlə matçın favoritidi
Moldovanın "Tiraspol" klubunun hücumçusu Georgi Boqyu Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibləri olan Bakı "İnter"indən danışıb. Azerisport.az xəbər verir ki, o, Moldova mətbuatına müsahibəsində bunları söyləyib:
"Bizi yaxşı rəqiblə duel gözləyir. Amma "İnter"lə oyunda şanslarımız pis deyil. Çalışacağıq ki, mərhələ keçək. Mən vaxtilə bu ölkənin AZAL klubunda çıxış etmişəm. Amma həmin vaxtdan iki il keçib. "İnter"in də heyətində dəyişikliklər ola bilər. Fikrimcə, hər şey ola bilər. Azərbaycan çempionatının bizim milli birincilkdən güclü olduğunu düşünmürəm. "Tiraspol" bu cütün favoritidi".
Qeyd edək ki, Boqyu 2011/12 mövsümündə AZAL-da çıxış edib.
