23 iyun 2014 17:52
Neftçinin rəqibləri bəlli oldu
"Neftçi"nin Avropa Liqasındakı ilk rəqibləri bəllidi. Azerisport.az xəbər verir ki, ikinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq "ağ-qaralar" ya Sloveniya "Koper"i, ya da Monteneqro "Çelik"i ilə qarşılaşmalı olacaq.
Məsələ burasındadı ki, ilk təsnifat mərhələsində məhz bu iki klub üz-üzə gələcək. Onlardan ən güclüsü isə mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayacaq "Neftçi"yə rəqib olacaq.
Qeyd edək ki, ikinci təsnifat mərhələsinin ilk oyunları iyulun 17-də, cavab görüşləri ayın 24-də keçiriləcək. "Neftçi" ilk matçını Bakıda keçirəcəksə, cavab qarşılaşması səfərdə olacaq.
