23 iyun 2014 17:40

Dalibor Şimiç: Şiroki Briyeq Qəbələ ilə oyunda favorit deyil

"Qəbələ"nin Avropa Liqasının ilk təsnifat mərhələsindəki rəqibi olan Bosniyanın "Şiroki Briyeq" klubunun idman direktoru Dalibor Şiliçin azerisport.az saytına müsahibəsi

- Püşkatma barədə nə deyə bilərsiz?
- Razı və ya narazı olduğumu deyə bilmərəm. Potensial rəqiblərimizi öncədən də tanıyırdıq. Bizə "Qəbələ" düşdü. Amma etiraf edim ki, bu komanda barədə çox məlumatım var.

- Artıq gələn həftə ilk oyun baş tutacaq. Necə məlumat toplamağı düşünürsüz?
- Bu, problemdi. Sadəcə, onu bilirəm ki, yeni baş məşqçisi Dorinel Muntyanudu.

- "Şiroki Briyeq" daim avrokuboklarda oynasa da, "Qəbələ" ilk dəfə Avropa Liqasında çıxış edəcək...
- Təcrübə həmişə lazımdı. Bundan yararlanmağa çalışacağıq. Amma "Qəbələ"ni dəyərləndirməmək olmaz.

- Özünüzü favorit görürsüz?
- Mən elə deməzdim. Şanslar əllinin əlliyədi.

- İlk oyun Qəbələdə keçiriləcək...
- Bu, bizim üçün yaxşıdı. Keçmiş futbolçu kimi bilirəm ki, ilk oyunu səfərdə keçirmək həmişə yaxşıdı. Həmişə arzulamışam ki, həlledici oyunlar doğma meydanda olsun. Bu baxımdan razıyam.

- "Şiroki Briyeq" bir dəfə "Neftçi" ilə qarşılaşıb və ümumi hesabda uduzub (2:1, 0:1). 2005-ci ildəki həmin oyunları xatırlayırsız?
- Əlbəttə, çoxdan olsa da, yadımdadı. "Neftçi" güclü komandadı. O vaxtlar Azərbaycan futbolu güclü idi. İndi işlər necədi, bilmirəm. Bizə Bakıda oynamaq çətin idi. İlk növbədə istiyə görə. Matç zamanı su içməyi elə istəyirdim ki... Bundan əlavə Azərbaycana səfər də çox vaxt aparır.

- Qəbələyə necə gələcəksiz?
- Problem olacaq. Qəbələdə aeroport var. Amma hələ bu şəhərə necə gedəcəyimizi dəqiqləşdirməmişik. Əgər ora Bakıdan gedəsi olsaq, avtobusla da xeyli yol qət etməliyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.