23 iyun 2014 17:30
Vallettanın kapitanı: Hər şeyə meydanda aydınlıq gələcək
Maltanın "Valletta" klubunun kapitanı Rayan Fenex UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi "Qarabağ" haqda fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu komanda ilə oyuna yaxşı hazırlaşmağa və mərhələ keçməyə çalışacağıq. Mən Azərbaycan yığmasına qarşı oynamışam və bilirəm ki, klublarınızla da mübarizə aparmaq çəindi. Amma istənilən halda şansımızdan istifadə etməliyik. Hələ oyun başlamayıb, ona görə də çox danışmağa dəyməz. Hər şeyə meydanda aydınlıq gələcək".
