23 iyun 2014 17:25
Şiroyi Briyeqin rəsmisi: Şanslar bərabərdi
Bosniyanın "Şiroki Briyeq" komandasının idman direktoru Dalibor Şiliç Avropa Liqasındakı rəqibləri olan Azərbaycanın "Qəbələ" komandası barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Şanslar bərabərdi. Mən illər öncə Bakı "Neftçi"sinə qarşı oynamışam. O vaxt Azərbaycana uyğunlaşmaq çox çətin idi. Çünki çox isti vardı. "Qəbələ" barədə heç nə bilmirəm. İstənilən halda şansların bərabər olduğunu düşünürəm".
