23 iyun 2014 17:07
İnter rəsmisi: Cütün favoriti bizik
"İnter"in baş direktoru Natiq Məmmədov Avropa Liqasındakı rəqibləri Moldova "Tiraspol"unu dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnter"in məşqçi korpusu hələ püşkü dəyərləndirməyib. Hesab edirəm ki, biz bu rəqibi keçməyə borcluyuq. Çünki cütün favoriti bizik. Ümumiyyətlə, klub rəhbərliyi komandanın qarşısına ən azı iki mərhələ keçmək vəzifəsini qoyub".
