Avropa Liqasının birinci təsnifat mərhələsinin bütün cütlükləri
Məlum olduğu kimi, iyulun 3-də Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "İnter"lə "Qəbələ" bu turnirin ilk təsnifat mərhələsindən mübarizəyə başlayacaqlar. Azerisport.az xəbər verir ki, birinci təsnifat mərhələsində 33 ölkədən olan 78 komanda çıxış edəcək. Bu gün sözügedən komandalar öz rəqibləri ilə tanış oldular.
Belə ki, "İnter" ilk görüşdə Moldova "Tiraspol"unun qonağı olacaq. "Qəbələ" isə debüt oyununda doğma meydanda "Şiroki Briyeq" (Bosniya və Herseqovina) klubunu qonaq edəcək.
Avroliqanın birinci təsnifat mərhələsinin bütün cütlükləri:
Sioni (Gürcüstan) - Flamurtari (Albaniya)
Turnovo (Makedoniya) - Çixura (Gürcüstan)
Veris (Moldova) - Liteks (Bolqarıstan)
Pünik (Ermənistan) - Astana (Qazaxıstan)
Rusenborq (Norveç) - Yelqava (Latviya)
Jeness (Lüksemburq) - Dandalk (İrlandiya)
Göteborq (İsveç) - Fola (Lüksemburq)
Rudar (Sloveniya) - Laçi (Albaniya)
Derri Siti (İrlandiya) - Aberistuit Taun (Uels)
MÜPA (Finlandiya) - Fuqlarfyordur (Farer adaları)
Hauqesun (Norveç) - Eyrbus (Uels)
Tiraspol (Moldova) - İnter (Azərbaycan)
Şırak (Ermənistan) - Şaxtyor (Qazaxıstan)
UE Santa Koloma (Andorra) - Metallurq (Makedoniya)
Hibernians (Malta) - Spartak (Slovakiya)
Qəbələ (Azərbaycan) - Şiroki Briyeq (Bosniya)
Kayrat (Qazaxıstan) - Kukesi (Albaniya)
Sent-Culiya (Andorra) - Çukariçki (Serbiya)
Dyosqyor (Macarıstan) - Birkirkara (Malta
Folqore (San Marino) - Buduçnost (Çernoqoriya)
Koper (Sloveniya) - Çelik (Çernoqoriya)
Vaduts (Lixtenşteyn) - Kollec Avropa (Cəbəllütariq)
Split (Xorvatiya) - Mika (Ermənistan)
Botev (Bolqarıstan) - Libertas (San Marino)
Differdanj (Lüksemburq) - Atlantas (Litva)
Aberdin (Şotlandiya) - Dauqava (Riqa, Latviya)
Fram (İslandiya) - Qlenavon (Şimali İrlandiya)
Lovçen (Çernoqoriya) - Jelezniçar (Bosniya)
Vaasa (Finlandiya) - Brommapoykarna (İsveç)
Santos Tartu (Estoniya) - Tromse (Norveç)
Sillamae Kalev (Estoniya) - Honka (Finlandiya)
Şkendiya (Makedoniya) - Zimbru (Moldova)
Torşavn (Farer adaları) - Linfild (Şimali İrlandiya)
Kruzeyders (Şimali İrlandiya) - Ekranas (Litva)
Banqa (Litva) - Slayqo Rovers (İrlandiya)
Slima Uonderers (Malta) - Ferençvaroş (Macarıstan)
Fram (İslandiya) - Nomme Kalyu (Estoniya)
Styarnan (İslandiya) - Banqor Siti (Uels)
Vikinqur (Farer adaları) - Dauqava (Dauqavpils, Latviya)
Qeyd edək ki, birinci təsnifat mərhələsinin ilk oyunları iyulun 3-də, cavab görüşləri isə iyulun 10-da baş tutacaq.
