23 iyun 2014 16:49

İnterlə Qəbələnin rəqibini yaxından tanıyaq

Xəbər verdiyimiz kimi, Azərbaycan Avropa Liqasında təmsil edəcək "İnter"lə "Qəbələ" bu turnirin ilk təsnifat mərhələsində müvafiq olaraq Moldova "Tiraspol"u və Bosniya "Şiroki Briyeq"i ilə qarşılaşacaq. Azerisport.az sizi bu komandalarla yaxından tanış edir.

Tiraspol (Moldova)

Tam adı: "Tiraspol" Futbol Klubu
Yaranma ili: 1992
Stadion: "Şerif"
Baş məşqçisi: Vlad Qoyan

Klub 1992-ci ildə Kişinyovda "Konstruktorul" adı ilə təsis olunub. Ötən mövsüm komanda milli çempionatda ikinci olub. İki il öncə isə "Tiraspol" ölkə kubokuna sahib çıxıb.

Komanda indiki adı ilə avrokuboklarda iki dəfə çıxış edib. Ötən mövsüm "Tiraspol" Latvtiya "Skonto"suna yalnız penalti seriyasına uduzub. Əvəzində 2004/05 mövsümündə UEFA Kubokunda Ermənistan "Şirak"ını (2:1, 2:0) mübarizədən kənarlaşdırıb. Sonra isə Ukrayna "Metallurq"una (Donetsk) (0:3, 1:2) uduzaraq mübarizəni dayandırıb.

Komandanın baş məşqçisi Vlad Qoyan 2011-ci ildən bu klubda çalışır. 43 yaşlı mütəxəssisin rəhbərliyi altında İspaniya, Gürcüstan, Bolqarıstan, Serbiya və Latviyadan legionerlər çıxış edir. Azərbaycanın keçmiş "Standard" klubunun sabiq forvardı Dan Pisla da bu komandada oynayır. Hansı ki, həmin dövrlər ona elə "İnter"in baş məşqçisi Kaxaber Sxadadze rəhbərlik edirdi.

"Tiraspol" Azərbaycan klubları ilə avrokuboklarda üz-üzə gəlməyib.

Şiroki Briyeq (Bosniya və Herseqovina)

Tam adı: "Şiroki Briyeq" Futbol Klubu
Yaranma ili: 1948
Stadion: "Peçara"
Baş məqçi: Slaven Musa

Bosniyanın ən qədim klublarından olan "Şiroki Briyeq" yeddi dəfə ölkə çempionu lub, iki dəfə kuboka sahib çıxıb. Komanda son mövsümdə çempionatı ikinci pillədə başa vurub.

Bu komandanın kifayət qədər avrokubok təcrübəsi var. Bosniyalılar ən yaxşı göstəricisini 2005-ci ildə göstərib. Həmin vaxt komanda UEFA Kubokunun pley-off mərhələsinə qədər irəliləsə də, sonda "Bazel"ə uduzub. Ötən mövsüm isə bu komandanı İtaliya "Udineze"si dayandırıb. "Şiroki Briyeq" bütövlükdə avrokuboklarda 40 oyun keçirib, 15 qələbə qazanıb, 5 heç-heçə edib, 19 dəfə uduzub.

"Şiroki Briyeq" Azərbaycan klubları ilə avrokuboklarda bir dəfə qarşılaşıb. 2004-cü ildə "Neftçi" ilə yolları kəsişən bosniyalılar səfərdə 1:0 hesabıyla qalib gəlsə də, evdə 1:2 uduzub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.