23 iyun 2014 16:35
Fariz Nəcəfov: Muntyanu dedi ki, rəqiblə problem olmayacaq
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının ilk təsnifat mərhələsindəki rəqibləri olacaq Bosniya və Herseqovinanın "Şiroki Briyeq" komandasını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Püşkatma ərəfəsində rəqibin kim olacağı barədə düşünmürdük. Artıq püşk atılıb və mənə elə gəlir ki, bizə güclü rəqib düşüb. Bilirsiz ki, komandamızda xeyli dəyişiklik olub və bu, çıxışımıza təsir göstərə bilər. Baş məşqçi Dorinel Muntyanu ilə telefonla danışdım. O, bildirdi ki, hər şey qaydasındadı və bu rəqiblə problem olmayacaq. O, özünə güvənir".
