23 iyun 2014 16:19
Vallettanın prezidenti: Qarabağı keçə bilərik
Maltanın "Valletta" klubunun prezidenti Viktor Şirix UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibləri olan Azərbaycan çempionu "Qarabağ"la bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizə Bakıya uçmaq çətin olacaq. Bu, bizə xeyli çətinliklər yaradacaq. "Qarabağ" haqda heç nə bilmirəm. Ümumiyyətlə, heç nə. Amma fikrimcə, layiqli rəqibdi. Rəqibimizi keçə bilərik. Cütün favoriti yoxdu. "Qarabağ"ı isti qarşılayacağıq. Səs-küylü fanatlarımız var. Rəqibimizi görərik".
