23 iyun 2014 16:05
Bədavi Hüseynov: Vallettaya hörmət edirik
"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Malta "Valletta"sına rəqib olmalarına münasibət bildirib. Azerisport.az xəbər verir ki o, bunları söyləyib:
"Çempionlar Liqasında zəif rəqib olmur. Rəqibə hörmət edirik. Bu, Maltanın ən varlı klubudu, heyətlərində legioner futbolçuları var. Ötən mövsüm Avropa Liqasında "Minsk"ə uduzublar. Biz növbəti mərhələyə keçmək istəyirik".
