Qarabağın rəqibini yaxından tanıyaq
Xəbər verdiyimiz kimi, Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Malta "Valletta"sıyla qarşılaşacaq. Azerisport.az sizi bu klubla yaxından tanış edir.
Tam adı: "Valletta" Futbol Klubu
Yaranma ili: 1943
Stadionu: "Takali", Malta
Baş məşqçisi: Jilbert Acius
"Valletta" 22 dəfə Malta çempionu olub, 13 dəfə ölkə kubokuna sahib çıxıb. Komandanın heyətində ölkənin yığma komandasının yeddi üzvü çıxış edir. Legionerlər arasında gürcü Nukri Revişvilini xüsusi qeyd etməyə dəyər. Hansı ki, son dövrlərə qədər Rusiya "Krasnodar"ında çıxış edirdi.
"Valletta" avrokuboklarda Azərbaycan klubları ilə heç vaxt qarşılaşmayıb. Bu komanda son mövsümlərdə qitə miqyaslı yarışlarda heç bir mərhələ keçə bilmir.
Maraq üçün qeyd edək ki, "Qarabağ" da avrokuboklarda Malta klubları ilə heç vaxt qarşılaşmayıb.
