23 iyun 2014 15:50
Qarabağ rəsmisi: Püşk bizim üçün normaldı
"Qarabağ"ın meneceri Asif Əsgərov Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Malta "Valletta"sına rəqib olmalarına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu turnirdə zəif komanda olmur. Ona görə də rəqibi qiymətləndirməmək lazım deyil. "Valletta" ölkəsinin çempionudu. Püşkün nəticəsini bizim üçün normal qiymətləndirirəm".
