23 iyun 2014 15:46
Namiq Yusifov: Qələbəyə oynayacağıq
"Qarabağ"ın yarımmüdafiəçisi Namiq Yusifov Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Malta "Valletta"sına rəqib olmalarına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Xüsusi nəsə deyə bilmərəm. Çünki rəqib komandanı yaxşı tanımıram. Bir şeyi bilirəm ki, ÇL-də zəif rəqib olmur. Artıq hamı futbol oynaya bilir. Braziliyadakı dünya çempionatı bunu bir daha göstərdi. Şübhəsiz ki, qələbəyə oynayacağıq. Bizim hədəfimiz ÇL-də çıxmaqla qurtarmır".
