23 iyun 2014 15:41
Qarabağ Maltaya Avstriyadan yollanacaq
"Qarabağ" Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi "Valletta" ilə ilk oyuna birbaşa Avstriyadan yollanacaq. Azerisport.az xəbər verir ki, Ağdam klubu təlim-məşq toplanışında olduğu Avstriyadan Maltaya səfər etməklə vaxt itkisinə yol vermək istəmir.
Qeyd edək ki, "Qarabağ"ın "Valletta" ilə ilk oyunu iyulun 15 və ya 16-da baş tutacaq. cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.
