23 iyun 2014 15:30

ÇL-in birinci və ikinci təsnifat mərhələsinin bütün cütlükləri

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının birinci və ikinci təsnifat mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, bu turnirdə Azərbaycanı təmsil edəcək "Qarabağ"ın da rəqibi artıq bəllidi.

Birinci təsnifat mərhələsində 6 komanda iştirak edəcək. İlk mərhələnin üç ən güclüsü növbəti mərhələyə vəsiqə qazanacaq.

Azərbaycan çempionu isə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq. UEFA-nın reytinq cədvəlində 7,575 bala malik Ağdam klubu startda Malta təmsilçisi "Valletta" ilə qarşılaşacaq. Qurban Qurbanovun komandası ilk oyununu səfərdə, cavab görüşünü isə Bakıda keçirəcək.

ÇL-in birinci və ikinci təsnifat mərhələsinin bütün cütlükləri aşağıdakı kimidi:

Birinci təsnifat mərhələsi

Santa-Koloma (Andorra) - Banants (Ermənistan)
Linkoln Red İmps (Cəbəllütariq) - Torshavn (Farer adaları)
La Fiorita (San Marino) - Levadiya (Estoniya)

İkinci təsnifat mərhələsi

BATE (Belarus) - Skenderbeu (Albaniya)
Dinamo (Tiflis, Gürcüstan) - Aktobe (Qazaxıstan)
Jrinski (Bosniya və Herseqovina) - Maribor (Sloveniya)
Şerif (Moldova) - Sutyeska (Monteneqro)
Sparta (Çexiya) - La Fiorita (San Marino)/Levadiya (Estoniya)
Malmö (İsveç) - Ventspils (Latviya)
Slovan (Slovakiya) - Nyu-Seynts (Uels)
Seltik (Şotlandiya) - Reykyavik (İslandiya)
Kliftonvill (Şimali İrlandiya) - Debretsen (Macarıstan)
Partizan (Serbiya) - Linkoln Red İmps (Cəbəllütariq)/Torshavn (Farer adaları)
Legiya (Polşa) - Sent-Patrik Atletik (İrlandiya)
Makkabi (Təl-Əviv, İsrail) - Santa-Koloma (Andorra)/Banants (Ermənistan)
Rabotniçki (Makedoniya) - HJK (Finlandiya)
Dinamo (Xorvatiya) - Jalgiris (Litva)
Ludoqorets (Bolqarıstan) - Düdelanj (Lüksemburq)
Valletta (Malta) - Qarabağ (Azərbaycan)
Stromsqodset (Norveç) - Styaua (Rumıniya)

Qeyd edək ki, ilk təsnifat mərhələsinin oyunları iyulun 1-2-də, cavab görüşləri 8-9 iyulda keçiriləcək. "Qarabağ"ın da qatılacağı ikinci təsnifat mərhələsinin görüşləri isə 15-16 və 22-23 iyul tarixlərində baş tutacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.