23 iyun 2014 14:23
Xəzər Lənkəran Əliyevə elçi düşdü
"Xəzər Lənkəran" klubu "Bakı"nın futbolçusu Rauf Əliyevə təklif göndərib. Azerisport.az xəbər verir ki, baş məşqçi Oğuz Çətin futbolçunu sərəncamında görmək istəyir.
"Xəzər Lənkəran" Rauf Əliyevə 2 illik müqavilə təklif edib. Transferin baş tutmasına mane olan "Bakı"nın tələb etdiyi təzminatdı. Raufun klubuyla müqaviləsi qaldığına görə transfer vərəqəsini almaq üçün pul ödəməlidi.
