23 iyun 2014 20:45
Qarabağ Şaxtyora uduzdu
Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək Azərbaycan çempionu "Qarabağ" bu gün Avstriya toplanışı çərçivəsində ilk yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, Ağdam klubunun ilk rəqibi Ukrayna çempionu "Şaxtyor" (Donetsk) olub.
Oyun 2:0 hesabıyla Mirça Luçeskunun komandasının xeyrinə başa çatıb. Qurban Qurbanov ilk yarıda əsas heyətə güvənsə də, fasilədən sonra ehtiyat qüvvəni də döyüşə atıb. Ukrayna təmsilçisi də qolları məhz həmin vaxt ərzində vurub.
Yoxlama oyunu
23 iyun
Qarabağ - Şaxtyor - 0:2 (0:0)
60-cı dəqiqədə Fereyra hesabı açır - 0:1
68-ci dəqiqədə Fereyra özünün və komandasının ikinci qolunu vurur - 0:2
