23 iyun 2014 14:09
Qarabağ üçün arzuolunan və arzuolunmaz rəqib
Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsindəki altı potensial rəqibi məlumdu. Azerisport.az xəbər verir ki, Ağdam klubu aşağıdakı komandalardan birinə rəqib olacaq:
Stromsqodset (Norverç), Jalgiris (Litva), Sent Patriks (İrlandiya), Valletta (Malta), Rabotniçki (Makedoniya), Düdelanj (Lüksemburq).
Təmsilçimizin rəqibi Lüksemburq klubu olsa, "Qarabağ" birbaşa Avstriyadan bu ölkəyə yollanacaq. Çünki komandamız hazırda məhz Avstriyada təlim-məşq toplanışındadı.
Ağdam klubu üçün ən arzuolunmaz rəqib isə "Sent-Patrik"di. Çünki belə olacağı halda ağdamlılar həm uzun yol qət etməli, həm də viza problemini yoluna qoymalıdı.
