23 iyun 2014 02:00

Qarabağ Avstriyada ilk məşqinə çıxdı

"Qarabağ" Avstriyada ilk məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, ötən gün səhər ölkəni tərk edərək təlim-məşq toplanışına yollanan komanda məskunlaşdığı otelə çatar-çatmaz ilk məşqinə çıxıb.

"Sonneck" otelinin 200 metr aralıda yerləşən meydanına komanda yerli vaxtla 19:00-da (Bakı vaxtıyla 22:00) yollanıb. Öncə baş məşqçi Qurban Qurbanov futbolçular qarşısında qısa çıxış etdi. Çalışdırıcı hazırlıqdan maksimum yararlanmaq gərəkdiyini ifadə edib.

Ağdamlıların hazırlığı təxminən 90 dəqiqə davam edib. Yüngül isinmə hərəkətlərinin ardından 3 qrupa bölünən komanda "kvadrat" oynayıb. Ardınca 2 qrupa bölünən komanda fərqli sayda toxunuşlarla ikitərəfli oyun keçirib. Sonda isə yüngül qaçışla məşq başa çatıb.

Məşqdə sadəcə, zədəli Rəşad Sadıqov iştirak etməyib. Kapitan fizioterapaevt nəzarətində müəyyən təmrinlər yerinə yetirib.

Qeyd edək ki, Ağdam klubu bu gün Ukrayna çempionu "Şaxtyor"la yoxlama oyununa çıxacaq. Oyunun başlama saatı yerli vaxtla 16:00-a təyin olunub. Buna qədər isə komanda səhər məşqinə çıxacaq. Məşq 10:30-a təyin olunub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.