23 iyun 2014 01:41
Marius Pena Bakıdakı uğursuz çıxışının səbəbini açıqladı
"Bakı"nın sabiq hücumçusu Marius Pena Azərbaycandakı uğursuz karyerasının səbəbini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənim "Bakı"dakı oyunum zədə səbəbindən alınmadı. Əks halda daha yaxşı çıxış edərdim. Mənə Rumıniyadan təklif var. Amma hələ harada oynayacağıma qərar verməmişəm".
