23 iyun 2014 13:33

Şpiçiç: Avropa Liqasında ilk mərhələnin favoriti İnterdi

"İnter"in yarımmüdafiəçisi Matiya Şpiçiçin azerisport.az saytına müsahibəsi

- "Şturm"a qarşı keçirdiyiniz yoxlama oyunu barədə nə deyə bilərsiz?
- Yaxşı oynadıq. Rəqibimiz Avstriya Bundesliqasında çıxış etsə də, onlara qalib gələ bildik. Mənə elə gəlir ki, maraqlı oyun alındı.

- Bu oyunda sizin də iki real qol vəziyyətiniz oldu, amma yararlana bilmədiniz. Nə mane oldu?
- Qol vurmaq şansları təkcə məndə yox, bütün komanda yoldaşlarımda oldu. Yəqin ki, hələ tam hazır deyilik. Daha vacib olan odu ki, avrokubok oyunlarında yaxşı formada olaq.

- İki qol buraxmağınız müdafiədə problemlərin olmasından xəbər vermir?
- Təbii ki, qol buraxmağımız yaxşı göstərici deyil. Amma bizim öz oyunumuzdakı çatışmazlıqları aradan qaldırmaq üçün vaxtımız var. Deməzdim ki, ciddi problemlərimiz var. Sadəcə, işləmək lazımdı. "İnter" bundan da güclü olacaq.

- Bu matçda fərqlənən yeni komanda yoldaşınız Aleksandr Amisulaşvili barədə nə deyə bilərsiz?
- Onun haqda ancaq xoş sözlər deyə bilərəm. Qol vurması münasibətilə təbrik edirəm. Əminəm ki, o, "İnter"də öz sözünü deyəcək və bizə köməyi dəyəcək.

- "İnter"dən avrokuboklarda hansı nəticəni gözləmək olar?
- İlk təsnifat mərhələsində favorit biz olacağıq. Bu mərhələni keçək, sonrasına baxarıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.