23 iyun 2014 13:19
Komandası 12, Erat 1 qol vurdu
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Erat Düsseldorf "Fortuna"sının heyətində növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, növbəti mövsümə hazırlaşan futbolçumuzun komandası "Konkordiya" ilə qarşılaşıb.
Görüş Eratın komandasının 12:1 hesablı qələbəsi ilə başa çatıb. Toğrul bu qarşılaşmada 90 dəqiqə meydanda olub və komandasının 8-ci qolunun müəllifi olub.
