23 iyun 2014 01:18
Pantiç Bakının gənc üzvünü geri qaytardı
"Bakı" gənc futbolçusunu geri qaytarıb. Azerisport.az xəbər verir ki, söhbət yarımmüdafiəçi Rəhman Hacıyevdən gedir.
O, son mövsümü "Sumqayıt"da keçirib. Sumqayıtlılar növbəti mövsümdə də onun xidmətindən yararlanmaq niyyətində olsa da, "zolaqlılar"ın baş məşqçisi Milinko Pantiç Rəhmanın komandaya qaytarılmasını istəyib. Bu üzdən də Hacıyev yeni mövsümdən doğma klubunun uğurları üçün çalışacaq.
