23 iyun 2014 16:10
İnterin Avroliqadakı rəqibi bəlli oldu
Bu gün Avropa Liqasında birinci və ikinci təsnifat mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Avropanın 119 klubunun rəqibləri bilinib.
Ölkəmizi Avroliqada təmsil edəcək “İnter”in də rəqibi artıq bəllidi. Paytaxt klubu püşkatma ərəfəsində bu komandalarla üz-üzə gələ bilərdi: Sent Culiya (Andorra), Tiraspol (Moldova), Hibernians (Malta), Sioni (Gürcüstan), Çelik (Monteneqro).
Püşkatma nəticəsində "bankirlər" Moldova "Tiraspol"u ilə düşüb. Komandamız ilk oyunu səfərdə, cavab görüşünü isə evdə keçirəcək.
Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 3-də, cavab görüşləri isə iyulun 10-da baş tutacaq.
