22 iyun 2014 12:58
Yuri Syomin Qəbələnin müdafiəçisini Mordoviyaya apardı
"Qəbələ"nin müdafiəçisi İbrahima Niasse Rusiyanın "Mordoviya" klubuna keçməyə yaxındı. Azerisport.az xəbər verir ki, seneqallı futbolçu hazırda bu klubun düşərgəsindədi.
Böyük ehtimalla Niasse yaxın günlərdə Rusiya Premyer Liqasının debütantı ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Niasseni "Mordoviya"ya bu komandanın yeni, "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin dəvət edib.
