22 iyun 2014 00:23
Ruslan Abışov Super Liqa klubuna keçə bilərmiş
Futbol üzrə Azərbaycan yığmasının və Rusiyanın "Rubin" klubunun futbolçusu Ruslan Abışov Türkiyə klubuna keçə bilərmiş. Azerisport.az xəbər verir ki, Super Liqanın son mövsümünü 10-cu pillədə başa vuran "Akhisar BS" həmyerlimizin xidmətində maraqlı imiş.
Amma Abışov Türkiyə klubunun təklifini qəbul etməyib.
Qeyd edək ki, yığmamızın üzvü hazırda "Qəbələ" ilə birgə Sloveniyada təlim-məşq toplanışındadı və böyük ehtimalla növbəti mövsümə icarə əsasında bu komandada başlayacaq.
